Fransa yığmasının üzvü Randal Kolo Muaninin yeni klubu məlum olmaq üzrədir.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı hücumçu "Tottenhem" klubuna qoşulacaq. London klubu PSJ ilə razılığa gəlib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Keçid icarə əsasında baş tutacaq. Razılaşma satınalma bəndi olacaq, amma bu, məcburi deyil.
Kolo Muani ötən mövsümün ikinci yarısını icarədə, "Yuventus"da keçirib. O, İtaliya klubunda 22 oyuna 10 qol vurmağı bacarıb.



