Konstantinos Tsimikasın bu yay "Liverpul"u tərk edəcəyi gözlənilir.
Offsideplus.az xəbər verir ki, yunan müdafiəçi dünən keçirilən "Kristal Pelas" İngiltərə Superkuboku matçında heyətə alınmayıb.
"Nottingem Forest" onunla yaxından maraqlanan klublardan biridir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Tsimikas 2020-ci ildən "Liverpul"da çıxış edir. O, Mersisayd təmsilçisinin heyətində ümumilikdə 115 oyunda meydanda olub.



