"Nyukasl" klubu "Liverpul"un Aleksandr İsak üçün etdiyi 120 milyon funt-sterlinqlik təklifi rədd edib.
Offsideplus.az xəbər verir ki, "sağsağanlar" isveçli hücumçuya sərbəstqalma bəndi də olan yeni müqavilə təklif edib.
Bu barədə "The Athletic" məlumat yayıb.
Komanda yoldaşları da onun qalmağı üçün israr edir.
İsak 2022-ci ildən "Nyukasl"da çıxış edir. O, son mövsüm 42 oyunda 27 qol vurmağı bacarıb.



