"Çelsi" hələ də "Mançester Yunayted"də çıxış edən Alexandro Qarnaço ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, "zadəganlar" argentinalı futbolçu ilə yanvarda da maraqlanırdı. Lakin o zaman bu keçid baş tutmamışdı.
Bu barədə "TBR Football" məlumat yayıb.
Qarnaçonun bu yay "Mançester Yunayted"i tərk edəcəyi gözlənilir. "Qırmızı şeytanlar" onu heyətdə düşünmür.
21 yaşlı argentinalı "mankunianlar"ın heyətində 144 oyuna 26 qol vurmağı bacarıb.



