"Mançester Yunayted"in futbolçusu Alexandro Qarnaçonun bu yay komandanı tərk edəcəyi gözlənilir.

Offsideplus.az xəbər verir ki, argentinalı vinger "qırmızı şeytanlar"dan ayrılsa da, İngiltərəni tərk etməyi düşünmür. O, karyerasını başqa bir Premyer Liqa klubunda davam etdirmək istəyir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

21 Qarnaço 2022-ci ildən bəri "Mançester Yunayted"in əsas komandasında çıxış edir. O, "mankunianlar"ın heyətində 144 oyuna çıxıb və 26 qol vurub.

Transfermarkt portalına görə argentinalının bazar dəyəri 45 milyon avrodur.