"Feyenoord"un və "Beşiktaş"ın sabiq baş məşqçisi Covanni van Bronkxorst "Liverpul"da çalışacaq.

Offsideplus.az xəbər verir ki, niderlandlı mütəxəssis həmyerlisi Arne Slotun köməkçisi olacaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Van Bronkxorst son olaraq "Beşiktaş"ı çalışdırıb. O, ötən ilin noyabrından bəri işsiz idi.

Qeyd edək ki, ötən mövsüm A. Slotun köməkçisi olan Con Heytinqa bundan sonra "Ayaks"da işləyəcək. O, Amsterdam klubunun yeni baş məşqçisi təyin olunub.

Mersisayd təmsilçisi eyni zamanda 2021-ci ildən komandada qapıçı məşqçisi kimi çalışan Klaudio Taffarelin klubdan ayrıldığını açıqlayıb.