2024-25 mövsümündə İngiltərə Premyer Liqasını 18-ci yerdə başa vuran "Lester" klubunun rəhbərliyi baş məşqçisi Ruud Van Nistelroyu qovub.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 48 yaşlı mütəxəssis 2024-cü ildən İngiltərə klubunun çalışdırıcısı idi.
Qeyd edək ki, "tülkülər" 2025-26 mövsümündə Çempionşipdə mübarizə aparacaq.