"Arsenal" klubu "Real Sosyedad"dan Martin Subimendini transfer etməyə yaxındır.

Offsideplus.az xəbər verir ki, "topçular" ispaniyalı yarımmüdafiəçinin 60 milyon avroluq sərbəstqalma məbləğini ödəyərək heyətinə qatacaq. Bu məbləğ hissələrə bölünərək ödənəcək.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Subimendi bu yay "Arsenal"ın ilk transferi olacaq. 

26 yaşlı yarımmüdafiəçi 2019-cu ildən "Real Sosyedad" çıxış edir. O, burada ümumilikdə 236 oyuna çıxıb.