"Çelsi"nin qapıçısı Markus Bettinelli komandadan ayrılıb.

Offsideplus.az xəbər verir ki, o, "Mançester Siti"yə qoşulacaq. Təcrübəli çərçivə qoruyucusu "şəhərlilər"lə birlikdə Klublararası Dünya Çempionatına yollanacaq.

Bettinelli 2021-ci ildən bəri "Çelsi"də çıxış edirdi. 33 yaşlı qapıçı son 3 ildə 1 oyuna belə çıxmayıb.

O, "Mançester Siti"də ötən günlərdə komandanı tərk edən Skott Karsonu əvəz edəcək.