"Liverpul"un qapıçısı Alisson Bekker klubdakı gələcəyi barədə danışıb.

Offsideplus.az xəbər verir ki, braziliya çərçivə qoruyucusu müqaviləsinin daha bir mövsümlük uzadılacağını düşünür:

"Bir illik müqaviləm qalıb, daha bir il klubun uzatmaq imkanı var. Yəqin ki, bu variantdan istifadə edəcəklər".

O, növbəti il keçiriləcək Dünya Çempionatı üçün də əlindən gələnin ən yaxşısı edəcəyini bildirib:

"Əlimdə nə varsa, böyük bir iş görmək barədə düşünürəm. Bu, karyeramda həlledici məqamdır, Dünya Çempionatına az qalıb".

Qeyd edək ki, Alisson 2018-ci ildən "Liverpul"da çıxış edir. O, Mersisayd təmsilçisinin heyətində 6 kubok qazanıb.