"Çelsi" klubu "Barselona"nın futbolçusu Fermin Lopesi transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "zadəganlar" ispaniyalı yarımmüdafiəçinin qarşılığında katalon klubuna Kristofer Nkunkunu önərib. 

Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Lakin "Barselona" bu təklifi qəbul etməyib.

London klubunun baş məşqçisi Entso Mareska F. Lopesin oyununu çox bəyənir. Klublar arasında danışıqlar davam edəcək.

22 yaşlı futbolçu başa çatan mövsümdə 46 oyunda 8 qol vurub və 10 məhsuldar ötürmə edib.