Kolumbiya milli komandasının üzvü Luis Diaz "Liverpul" klubundakı gələcəyindən danışıb. 

Offsideplus.az xəbər verir ki, vinger digər klublarla danışıqlar apardığını, lakin Mersisayd təmsilçisinin təklifinə də açıq olduğunu bildirib: 

"Başqa klublarla danışırıq. Bu, transfer pəncərəsidir, normaldır. "Liverpul" müqaviləmin müddətini yeniləsə və ya daha 2 il müddətinə burada qalsam, bundan xoşbəxt olacam. Son qərar klubundur".

Qeyd edək ki, Luis Diaz 2022-ci ildən "qırmızılar"ın formasını geyinir. 

Daha öncə Trent Aleksandr-Arnold "Liverpul" ilə vidalaşmışdı