"Liverpul" klubu "Bornmut"dan Miloş Kerkesi transfer edəcək.
Offsideplus.az xəbər verir ki, "qırmızılar" bu keçid üçün 40 milyon funt-sterlinq ödəyəcək.
Bu barədə "teamTALK" məlumat yayıb.
Kerkes 2023-cü ildən "Bornmut"da çıxış edir. O, başa çatan mövsüm Premyer Liqada bütün oyunlarda meydanda olub. Macar futbolçu bu matçlarda 2 qol vurub və 6 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Liverpul" artıq Ceremi Frimponqu heyətinə qatıb. Mersisayd klubu Florian Virts üçün də "Bayer"lə danışıqları davam etdirir.