"Liverpul"un baş məşqçisi Arne Slot ötən həftə Fransanın cənubuna yollanıb.

Offsideplus.az xəbər verir ki, səfərin məqsədi "Lion"un futbolçusu Rayan Şerki ilə danışıqlar aparmaq idi. O, fransalı pleymeykeri komandasında görmək istəyir.

Bu barədə "The Athletic" məlumat yayıb.

Şerki bu yay "Lion"dan ayrılacağı gözlənilir. Onunla "Mançester Siti" də yaxından maraqlanır.

21 yaşlı futbolçu cari mövsüm 44 oyunda 12 qol vurub və 20 məhsuldar ötürmə edib.