"Liverpul" klubu Florian Virts üçün "Bayer"ə ikinci təklifini verib.

Offsideplus.az xəbər verir ki, "qırmızılar" 22 yaşlı futbolçu üçün Leverkuzen təmsilçisinə 130 milyon avro təklif edib.

Bu barədə "The Athletic" məlumat verib.

Bu keçid baş tutsa, "Liverpul" tarixinin ən bahalı transferi olacaq. Mersisayd klubunun ən böyük alışı Darvin Nunyes idi - 85 milyon.

Eyni zamanda Bundesliqa tarixinin də rekord satışı olacaq.

Virts bu yay "Liverpul"un əsas transfer hədəfidir. Oyunçu özü də "qırmızılar"a transfer olmaq istəyir.