"Mançester Siti" yalnız bir şərtlə Rodrinin "Real Madrid"ə qoşula biləcəyini "kral klubu"na bildirib.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər" təklifə Cud Bellinqemin də əlavə olunmağını istəyir. Madrid klubu isə buna razı olmayıb.
Bu barədə "DefensaCentral" portalı məlumat yayıb.
Rodrinin "Mançester Siti" ilə 2027-ci ilin yayına qədər müqaviləsi var.
Əlavə edək ki, ispaniyalı yarımmüdafiəçi uzunmüddətli zədəsindən sonra ötən həftə meydanlara qayıdıb.