Pep Qvardiola "Mançester Siti"dən ayrıla biləcəyini iddia edib.
Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis dünənki "Bornmut"la matçdan sonra bunları deyib:
"Rəhbərliyə geniş heyət istəmədiyimi demişəm. Oyunçu sayı çox olarsa, ayrılacağam. Tribunaya 5-6 futbolçu göndərmək istəmirəm".
Əlavə edək ki, Qvardiola "şəhərlilər"lə 2027-ci ilin yayına qədər müqaviləsi var.