"Mançester Yunayted" akademiyasında çıxış edən 14 yaşlı CeyCey Qabriel əsas komandaya keçirməyi düşünür.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" bununla da istedadlı futbolçu üçün gələcək təkliflərin qarşısını almağa çalışacaq.
Onun 15 yaşı oktyabr ayında olacaq. "Mankunianlar" onun indidən U-16 və U-18-də oynayan futbolçulardan üstün olduğunu düşünür.
Qabrielin debütünün kubok oyununda olacağı gözlənilir. O, meydana çıxsa, klub tarixinin ən gənc futbolçusu olacaq.
14 yaşlı futbolçu U-18-in heyətində "Lids"i 13:1 hesabı ilə məğlub etdikləri matçda 25 dəqiqəyə dubl edib.
Qabriel artıq İngiltərə U-15-də oynayır və beynəlxalq oyunlara çıxır. Ona görə də "Mançester Yunayted"in onu gizli saxlamaq cəhdləri nəticəsiz qalıb.



