"Mançester Yunayted"in futbolçusu Bruno Fernandeşin meneceri "Əl-Hilal" ilə bir neçə görüş keçirib.

Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistan klubu portuqaliyalı pleymeykerə 3 illik müqavilə təklif edib. Ona ilinə 30-35 milyon avro məvacib təklif edilsə, "qırmızı şeytanlar"dan ayrılmağı düşünə bilər.

Bu barədə insayder Saşa Tovalyeri məlumat yayıb.

Fernandeşin müqaviləsində 65 milyon avroluq sərbəstqalma bəndi var.

Lakin, o, hələ yekun qərarını verməyib.

Portuqaliyalı 2020-ci ilin yanvarından "mankunianlar"da çıxış edir. O, cari mövsüm 53 oyunda 19 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.