"Mançester Yunayted"in futbolçusu Alexandro Qarnaçonun talibləri günü-gündən artır.
Offsideplus.az xəbər verir ki, argentinalı vingerlə "Çelsi", "Atletiko" və "Bayer" yaxından maraqlanan klublardır.
Bu barədə "TEAMtalk" portalı məlumat yayıb.
"Qırmızı şeytanlar" gənc futbolçu üçün 70 milyon funt-sterlinq tələb edir.
Qarnaço cari mövsümdə 50 oyunda 10 qol vurub və 9 məhsuldar ötürmə edib.



