"Bavariya"nın müdafiəçisi Kim Min-Ce ilə "Çelsi" və "Nyukasl" yaxından maraqlanır.

Offsideplus.az xəbər verir ki, koreyalı futbolçu bu yay Münhen klubundan ayrılmağa müsbət yanaşır və gələn təklifləri dinləyəcək.

Bu barədə "Foot Mercato" portalı məlumat yayıb.

Kim 2023-cü ildə "Bavariya"ya transfer olunub. O, cari mövsümdə 42 oyunda meydanda olub və 3 qol vurub.