"Çelsi" klubu Entso Fernandesi satmağı düşünmür.

Offsideplus.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi London klubunun əsas simalatından biridir və o, klubdan ayrılmayacaq.

Bu barədə insayder Fabritsio Romano məlumat verib.

E. Fernandes hazırda yalnız "Çelsi"yə köklənib və komandanı növbəti mövsüm Çempionlar Liqasına aparmaq üçün fokuslanıb.

Xatırladaq ki, "zadəganlar" 2023-cü ilin yanvarında 23 yaşlı futbolçu üçün "Benfika"ya 121 milyon avro ödəyib.