"Mançester Yunayted"in futbolçusu Bruno Fernandeşin "Real"a transfer olacağı iddia olunmuşdu.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim bu məsələyə aydınlıq gətirib:
"Xeyr, belə şey olmayacaq. O, heç yerə getmir, bunu onun özünə də demişəm".
Bruno 2020-ci ilin yanvarından "mankunianlar"da çıxış edir. Onun klubla daha 2 illik müqaviləsi var.
Portuqaliyalı futbolçu cari mövsümdə 44 oyunda 16 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.