"Arsenal"ın oyunçusu Villiam Saliba gələcək karyerası ilə bağlı qərarını verib.
Offsideplus.az xəbər verir ki, təcrübəli müdafiəçi bu barədə mətbuat konfransı zamanı jurnalistlərə danışıb:
"Arsenal"da çox xoşbəxtəm və klubdan çox razıyam. Yoluma burada davam etmək istəyirəm".
Qeyd edək ki, Saliba 2022-ci ildən "topçuların formasını geyinir.