"Mançester Yunayted"in uğursuz nəticələrinin davam etməsi səbəbilə Ruben Amorimin komandadan göndəriləcəyi haqda xəbərlər yayılmaqdadır.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar"ın ortaq sahibi olan Sir Jim Ratslif BBC-yə açıqlamasında məsələyə aydınlıq gətirib.

Tanınmış iş adamı portuqaliyalı mütəxəssisin fəaliyyətini yüksək qiymətləndirib:

"Həqiqətən Ruben Amorimin oyunçularına baxsaq, məncə ortaya çox yaxşı iş çıxarır. O, mükəmməl baş məşqçidir və komandada uzun müddət qalacaq".

Qeyd edək ki, Amorim ötən ilin noyabr ayında Mançester təmsilçisinin "sükanı arxası"na gətirilib.