İngiltərə Premyer Liqasında çempionluğa inamla addımlayan "Liverpul" daha bir göstəricidə rəqiblərini üstələyib.
Offsideplus.az xəbər verir ki, Arne Slotun rəhbərlik etdiyi kollektiv cari mövsüm ingilis klubları arasında 100 qol həddinə çatan ilk komandadır.
Bu məhsuldarlıq üçün "qırmızılar"a 43 oyun kifayət edib. Komanda bu mövsüm Premyer Liqada 66 qol, Çempionlar Liqasında 17 qol, İngiltərə Kubokunda 4 qol və İngiltərə Liqa Kubokunda 14 qol vurub.
"Liverpul"un məhsuldarlığında ən fəal iştirak edənlərdən biri Mohamed Slhdır. Misirli hücumçunun hesabında 30 qol və 22 assist var.