"Lester Siti"nin baş məşqçisi Rud Van Nistelroy dünən 2 məşqçinin klubdan ayrılmasının səbəbini açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, Ben Dauson və Denny Elkok bazar ertəsi klubu tərk etmişdi. Buna səbəb Nistelroyun məşqçi heyətinə tanıdığı şəxsləri cəlb etməsidir. 48 yaşlı mütəxəssis hadisəni belə izah edib:

"Müqavilə bağlayandan sonra indiki məşqçilərlə işləməyə başladıq, bizə köməklik etdilər. Lakin sözləşmə imzalayan andan onlara bildirdim ki, öz adamlarımı gətirmək istəyirəm. Qərara gəldik ki, bu, ən yaxşı həll yoludur". 

Qeyd edək ki, niderlandlı mütəxəssis 2024-cü ilin noyabr ayından "tülkülər"i çalışdırır.