Ağır maliyyə böhranı içində çabalayan "Mançester Yunayted" rəhbərliyi daha bir gözlənilməz qərar verib. 

Offsideplus.az xəbər verir ki, xərcləri maksimum dərəcədə azaltmaq niyyətində olan "qırmızı şeytanlar" işçilərin hesabına qənaət etmək istəyirlər.

Belə ki, "Old Trafford" stadionunda çalışan işçi heyəti hər gün saat 11:30-dan 13:30-a qədər yeməkxanada pulsuz qidala bilirdilər. Onlara isti yeməklər, kofe, çay təmənnasız verilirdi. 

Lakin rəhbərlik artıq bu güzəştə son qoyulmasını istəyib. Bu həftənin sonlarından etibarən işçilər yalnız meyvə və sendviçlərlə kifayətlənəcəklər.

Komandanın məşq bazasında da naharla bağlı məhdudiyyətlər olacaq. Başqa sözlə, ancaq futbolçular tam rasionlu nahar etmək hüququna malik olacaqlar. İşçilər isə təkcə şorbanı pulsuz ala biləcəklər.

Onu da əlavə edək ki, son vaxtlar 250 nəfər "Mançester Yunayted" klubundakı işiini itirib. Yaxın zamanlarda daha 200 əməkdaşın vəzifəsindən uzaqlaşdırılacağı gözlənilir.

Klubda yaranan maliyyə böhranın ən böyük səbəbi yaşıl meydançalardakı uğursuz nətcələrlə bağlıdır. Vaxtilə İngiltərədə hamıdan güclü olan "qırmızı şeytanlar" hazırda Premyer Liqada 15-ci pillədə qərarlşıb.