"Liverpul"un ulduzu Mohamed Salah dünyanın ən yaxşı futbolçularından sayılan Lionel Messinin rekordunu təkrarlayıb.

Offsideplus.az xəbər verir ki, söhbət bir mövsümdə oyunu qol və qol ötürməsi ilə başa vuran futbolçuarın siyahısından gedir.

Belə ki, Salah cari mövsümdə 10 matçda həm rəqib qapısına yol tapıb, həm də qol ötürməsi veriib. İndi belə futbolçuların siyahısında cəmi 2 futbolçu var.

Misirli hücumçu Messi ilə birgə "Böyük beşlik" ölkələri çempionatlarında bir mövsüm ərzində ən azı 10 oyunda qol+assist göstəricisinə malikdir.

Messi 2014/15 mövsümündə "Barselona"nın heyətində 11 qarşılaşmada belə unikal məhsuldarlıq nümayiş etdirmişdi.