İngiltərə Premyer Liqasının XXIII turu çərçivəsində "Mançester Siti" "Çelsi"ni qəbul edib.
Offsideplus.az xəbər verir ki, qarşılaşmada qapılara 4 qol vurulub.
Oyunda hesabı 3 dəqiqədə Maduekenin qolu ilə qonaqlar açıb. 42-ci dəqiqədə Qvardiol matça tarazlıq gətirib. Erlinq Haaland 68-ci dəqiqədə komandasını önə çıxarıb. Matçda son nöqtəni 87-ci dəqiqədə fərqlənən Foden qoyub.
Görüş "şəhərlilər"in "3-1" qələbəsi ilə başa çatıb.