Futzal üzrə Azərbaycan millisi bakıdakı hazırlıq mərhələsini başa vurub.
Offsideplus.az xəbər verir ki, millimiz yanvarın 31-də Avropa çempionatının əsas mərhələsində səfərdə Xorvatiya ilə qarşılaşacaq. Baş məşqçi Vitali Borisov səfərə aparacağı yekun heyəti müəyyənləşdirib.
Heyət belədir:
Emin Kürdov, Xəzər Ağalızadə, Ülvi Əliyev (hamısı "Araz-Naxçıvan"), Rövşən Hüseynli ("Astana", Qazaxıstan), Fərid Abbasov, Tofiq Mikayılov, Kənan Manafov, Oktay Rüstəmli, Nihad İsmayılov, Nurlan Mehdizadə (hamısı "Baku Fire"), Emil Həsənzadə, Fərid Atakişiyev, Mirzə Əmirov ("Neftçi"), İlham Aalıyev ("Şuşa").
Qeyd edək ki, millimiz bu gün Bakı-İstanbul-Zaqreb reysi ilə Xorvatiyaya yola düşəcək.