Premyer Liqanın XX turu çərçivəsində "Liverpul" "Mançester Yunayted"i qəbul edib.
Offsideplus.az xəbər verir ki, gərgin keçən oyunda qapılara 4 qol vurulub.
Görüşdə hesabı Lisandro Martinezin qolu ilə 52-ci dəqiqədə "qırmızı şeytanlar" açıb. Cəmi 7 dəqiqə sonra Gakpo oyuna tarazlıq gətirib. Matçın 70-ci dəqiqəsində Mohamed Salah penaltini dəqiq yerinə yetirməklə komandasını önə keçirib. Amad Diallo 80-cı dəqiqədə hesabı bərabərləşdirməklə qarşılaşmada son nöqtəni qoyub. Oyun "2-2" başa çatıb.