"Liverpul" müqaviləsi başa çatacaq Mohamed Salahın yerinə türk ulduzu komandaya transfer etmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, "qırmızılar" "Yuventus"da çıxış edən Kenan Yıldızı hədəfə alıblar. Bu barədə "Calcio Mercato" məlumat yayıb.

İtalyanlar 80 milyon avro qarşılığında razı ola biləcəkləri vurğulanıb. 

Qeyd edək ki, gənc istedad 2024/25 mövsümündə Turin təmsilçisinin forması ilə 4 qola və 3 məhsuldar ötürməyə imza atıb.