İngiltərə Premyer Liqasının 14-cü turu çərçivəsində "Nottingem Forest"i 3:0 hesabı ilə məğlub edən "Mançester Siti"nin futbolçusu Erlinq Holand qələbəni dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər"in norveçli hücumçusu şəxsi "X" hesabında belə yazıb:
"Çətin mübarizədən sonra əla qələbə oldu! Gəlin keçmişi unudaq və gələcəyə baxaq".
Xatırladaq ki, son çempion bu zəfərlə yeddi oyunluq qələbəsizlik seriyasına son qoydu.