Ruben Amorim "Mançester Yunayted"ə mümkün keçidi ilə bağlı maraqlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "Evening Standard" yayıb. Təcrübəli mütəxəssis bunları söyləyib:

"Hələ ki heç nəyə qərar verilməyib. Bu iki klub arasında davam edən danışıqlara bağlıdır. Yəqin ki, qarşıdakı günlərdə bütün hər şey aydın olacaq . İngiltərə Premyer Liqasında hər şey xoşuma gəlir".

Qeyd edək ki, sözügedən baş məşqçi 2020-ci ildən "Sportinq"in uğurları üçün çalışır.