"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Erik Ten Haq haqda gözlənilməz açıqlama verərək futbol ictimaiyyətinin diqqət mərkəzində oldu.

Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.

Məlumata görə, Pep "qırmızı şeytanlar"ın sabiq baş məşqçisi niderlandlı mütəxəssis üçün bunları söyləyib:

"Ciddi şəkildə deyirəm ki, onun gəlişinə razıyam. Ancaq agentini tanıdığım üçün bilirəm ki, onu bizə təqdim etməz. Onun buraya gəlməsi klubumuz və mənim üçün problem yaratmaz".

Qeyd edək ki, Ten Haq uğursuz çıxışlarından sonra bu ay "Mançester Yunayted"dən qovulub.