Erik ten Haqın baş məşqçi olduğu dövrdə "Mançester Yunayted" transferlərə 650 milyon avro xərcləyib.
Offsideplus.az xəbər verir ki, rəhbərlik heyətə cəlb edilən futbolçulardan narazıdır. Niderlandlı mütəxəssisin gördüyü işlərdən və nəticələrdən sonra bütün idarə heyəti qərara alıb ki, o, istefaya göndərilsin. Bir çox futbolçunun bacarıqlarından aşağı səviyyədə çıxış etməsi vurğulanıb.
Xatırladaq ki, Erik Ten Haq 2022-ci ildən "qırmızı şeytanlar"a rəhbərlik edir.