"Mançester Yunayted" rəhbərliyi komandanın baş məşqçisi Erik ten Haqı istefaya göndərib.
Offsideplus.az xəbər verir ki, bu haqda sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan niderlandlı mütəxəssisin postundan bu gün uzaqlaşdırıldığı bildirilir.