"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq "Brentford"la matçdan sonra mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb.

Offsideplus.az təcrübəli mütəxəssisin sözlərini təqdim edir:

"Qələbə qazanmağımız sevindirici haldır. Hər kəs oyundan zövq aldı. Birinci hissədə də qollar vura bilərdik. Ancaq fürsətlərdən istifadə edə bilmədik. İkinci hissədə isə qollar vəziyyəti tamamilə dəyişdi"

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində "Mançester Yunayted" evdə 2:1 hesablı inamlı qələbə qazanıb.