Djed Spens "Tottenhem" ilə yeni müqavilə imzalayıb. 

Offsideplus.az xəbər verir ki, bu haqda London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Sağ cinah müdafiəçisi ilə 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. 

Qeyd edək ki, sözügedən futbolçu karyerası ərzində "Boro", "Midisbro" və  "Nottingem Forest" kimi klubların şərəfini qoruyub.