Pol Qaskoyn "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq haqda fikirləri səsləndirib.

Offsideplus.az "Bild"ə istinadən xəbər verir ki, mütəxəssis bunları söyləyib:

"Ser Aleks Ferqyusonun gedişindən sonra "Mançester Yunayted"də də eyni hal yaşanır. Hətta Mourinyo da Devid Moyes qədər yaxşı deyildi. Düzünü desəm, Ten Haqa acıyıram, yazığım gəlir".

Qeyd edək ki, Ten Haq "qırmızı şeytanlar"ı 2022-ci ildən çalışdırır.