"Liverpul"un futbolçusu Rayan Qravenberx İngiltərə Premyer Liqasını Almaniya Bundesliqası ilə müqayisə edərək maraqlı fikirlər səsləndirib. 

Offsideplus.az "The Mirror"a istinadən xəbər verir ki, yarımmüdafiəçi bunları söyləyib:

"İngiltərə futbolu daha sürətlidir. Burada mübarizə aparmaq daha çətindir. Bundesliqada qərar vermək üçün çox vaxtınız var".

Qeyd edək ki, Qravenbexin "Liverpul" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.