"Ştutqart"ın baş məşqçisi Sebastyan Höness İngiltərə Premyer Liqasından ona gələn təklifi rədd edib.
Offsideplus.az "Bild"ə istinadən xəbər verir ki, "Mançester Yunayted" yayda mütəxəssislə danışıqlar aparsa da nəticə əldə edilməyib. Buna səbəb Hönessin klubu ilə bağlı müəyyən planlarının olması olub.
Qeyd edək ki, sözügedən çalışdırıcın "Ştutqart"la müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub.