"Çelsi"nin sabiq futbolçusu Uilyam Qallas "zadəganlar"ın yarımmüdafiəçisi Koul Palmerin komandadan mümkün gedişi ilə bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis Palmer haqda bunları söyləyib:

"O, "Çelsi" ilə kuboklar qazana bilməsə, klubdan ayrılmaq istəyə bilər. Belə olan halda "Barselona" ideal seçim ola bilər".

Qeyd edək ki, sözügedən oyunçunun London klubu ilə müqaviləsinin müddəti 2033-cü ilə qədər nəzərdə tutulub.