"Arsenal"ın müdafiəçisi Vilyam Salibanın klubdan ayrılması ilə bağlı xəbərlərə aydınlıq gəlib.

Offsideplus.az "Ekspress"ə istinadən xəbər verir ki, "Real Madrid" oyunçunun transferində maraqlı olsa da, London təmsilçisi keçidin baş tutmasına müsbət yanaşmayıb. Mənbəyə görə, "Topçular" 23 yaşlı futbolçunun çıxışından razıdır. 

Qeyd edək ki, sözügedən müdafiəçi keçən il klubla yeni müqavilə imzalayıb.