"Mançester Siti"nin forvardı Erlinq Holand karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Offsideplus.az "Sport" nəşrinə istinadən xəbər verir ki, "Barselona" norveçli hücumçunun xidmətində maraqlıdır. Mənbəyə görə, Kataloniya təmsilçisi 2025-ci ilin yayında transfer üçün danışıqlara başlayacaq.
Qeyd edək ki, sözügedən futbolçunun "Mançester Siti" ilə müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub.