"Çelsi"nin müdafiəçisi Mark Kukurelya meydanda onuna xoş rəftar edilmədiyindən gileylənir.
Offsideplus.az xəbər verir ki, ispaniyalı futbolçu məsələ ilə bağlı "COPE"a bunları söyləyib:
"Mən artıq beş sarı vərəqəyə görə diskvalifikasiya edilmişəm. Hakimlər sanki mənim necə hərəkət edəcəyimi izləyirlər. Bütün bunlar nədənsə, Avropa Çempionatından sonra baş verir".
Qeyd edək ki, Mark Kukurelanın "zadəganlar"la müqaviləsi 2028-ci ilin iyunun sonuna qədər nəzərdə tutulub.