Türkiyəli futbolçu Premyer Liqa klubunun "radarı"na düşüb.
Offsideplus.az xəbər verir ki, "Liverpul" "Benfika"nın oyunçusu Orkun Kökçü ilə maraqlanır. Bu barədə Portuqaliya mediasından "Record" məlumat yayıb.
İnformasiyada İngiltərə təmsilçisinin orta sahə axtarışında olduğu və türk ulduzun da siyahıda yer aldığı qeyd olunub.
Xatırladaq ki, portuqallar Orkunu 2023-cü ilin yazında 25 milyon avroya transfer ediblər.