"Mançester Yunayted"in rəhbərliyinin iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, toplantıdan sonra Erik ten Haqın komandadakı gələcəyi haqda yekun qərar verilməyib. Məlumatı "The Guardian" yayıb.
Mənbənin sözlərinə görə, niderlandlı barədə yekun qərar verilməsə də, komandanın nəticələri müzakirə olunub. Bu səbəbdən də Ten Haq tezliklə qovula bilər.
Qeyd edək ki, "Mançester Yunayted" 7 turdan sonra 8 xalla 14-cü pillədə qərarlaşıb.