Erik ten Haq "Mançester Yunayted"dəki taleyindən narahat deyil.

Offsideplus.az xəbər verir ki, niderlandlı mütəxəssis "qırmızı şeytanlar"ın rəhbərliyinin ona inandığını düşünür.

Məlumatı "The Telegraph" nəşri yayıb. Düzdür, Ten Haq Mançesterdən ayrılıb. Lakin mütəxəssis milli fasilədən istifadə edərək özü üçün tətil götürüb.

Qeyd edək ki, "Mançester Yunayted" Premyer Liqada 7 matçdan 8 xal yığaraq 14-cü pillədə qərarlaşıb.